Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oral seks ağız xərçənginə səbəb olur – ALİMLƏR

  • 2019.11.06 17:21
  • 29983 Baxış
Oral seks ağız xərçənginə səbəb olur –  ALİMLƏR
İnsan papilloma virusu olan HPV, cinsi yolla ötürülən viruslardan ən  geniş yayılmışıdır. Bu virus ağız xərçənginin yaranmasına da səbəb ola bilir.

 

Medicina.az xəbər verir ki, xüsusilə oral seks zamanı bu virusun ötürülməsi və ağız xərçənginə səbəb ola biləcəyi məlum olub. Qeyd edək ki, diaqnozu ən çətin olan ağız xərçəngi HPV 16 –cı tip virusunun yoluxmasından qaynaqlanır. 

 


HPV virusu orofaringeal xərçəngin ən vacib səbəblərindən biridir. Hər il ABŞ-da HPV 16 diaqnozu qoyulan 9000-ə yaxın xəstənin olduğu deyilir. Mütəxəssislər bildirir ki, bu təhlükəli bir xəstəlikdir, çünki erkən mərhələdə simptomlar göstərmir, buna görə xəstələrə mütəmadi olaraq, ağız xərçəngi müayinələri etmələri tövsiyə olunur.

 

Həkimlər bildirir ki, ağız xərçəngi müayinəsi zamanı həkim xəstənin başını, boynunu, yanağını, ağız boşluğunu müayinə edib, şişlik və toxuma dəyişikliklərini yoxlamalıdır. Şübhəli hallarda biopsiya alınır və diaqnoz qoyulur. Xərçəngin bu növü  tam olaraq xərçəngə çevrilməzdən əvvəl ilkin mərhələdə insan üçün həyati təhlükəsi yoxdur.
Oral seks ağız xərçənginə səbəb olur –  ALİMLƏR