Türkiyəli həkim Hakan Oğuztürk ictimai nəqliyyatın pəncərələrindəki koronavirus riskindən danışıb. O bunun çox riskli olduğunu qeyd edib.
Oğuztürk, koronavirusun nəmli və isti məkanlarda daha uzun müddət canlı qala biləcəyini bildirib: “Bu önəmli risk faktorudur. Məsələn, bir nəfər ictimai nəqliyyata mindi və maska taxmadı. Orada öskürdü və ya asqırdı. Damla yolu ilə yayılan virus o məkanda şüşədaxil infeksiya yaradabiləcək rola malikdir. Durduqdan sonra həmin yerə əyləşən başqa biri şüşəyə əlini sürtüb, daha sonra burnuna, ağzına ya da gözünə vurarsa, yoluxma riski an məsələsidir. Nəticədə nəmli və buğlu bir ortamdır. Və orada virusun quru havaya görə canlı qalma ehtimalı daha çoxdur”.
“Xəstəliyə yoluxma riskiniz 1-2 faizə düşür”
Professor həmçinin maska taxmanın yoluxma riskini aşağı saldığını bildirərək əlavə edib: “Bütün günü “maska taxın” deyilir. Vətəndaşlar bilməlidir ki, maska doğurdan da faydalı olduğu üçün tövsiyə edilir. Bir məkan düşünün, maska taxıb məsafə saxlayırsınız, söhbət etdiyiniz insan da həmçinin maska taxıbsa, virusa yoluxma riski 97-98 faiz azalır. Xəstəliyə yoluxma riskiniz 1-2 faizə enir. Əgər virus olan yerdə maskalı olsanız, o 80-85 faiz qoruyucu xüsusiyyətə sahibdir. Ona görə də insanlar tez-tez “maska taxın” deyilməsinin altında tibbi gerçəklərin olduğunu unutmasınlar”.
Aygün Nəbiyeva