Xəbər verdiyimiz kimi, sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində problem yaranıb. O, müalicə üçün Türkiyəyə aparılıb.
Medicina.az xəbər verir ki, Bakupost.az sabiq nazirin hansı xəstəlikdən əziyyət çəkməsi və son durumu ilə bağlı məlumatlar əldə edib.
Bildirilir ki, O.Şirəliyev xərçəng xəstəliyindən əziyyət çəkir. Bununla bağlı dəfələrlə Almaniyada və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz verib. Xəstəliyin sürətlə inkişaf etməsi sabiq nazirin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilir.
Hazırda Türkiyədə müalicə alan sabiq nazirin vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, Oqtay Şirəliyev Prezident İlham Əliyevin sərəncamı ilə 23 aprel 2021-ci ildə Azərbaycan Respublikasının Səhiyyə naziri vəzifəsindən azad edilib.