Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oqtay Şirəliyev Respublika Narkoloji Mərkəzinə yeni baş həkim təyin etdi

  • 2018.09.26 10:15
  • 18717 Baxış
Oqtay Şirəliyev Respublika Narkoloji Mərkəzinə yeni baş həkim təyin etdi
Azərbaycan Respublikası səhiyyə naziri Oqtay Şirəliyev Respublika Narkoloji Mərkəzinə yeni baş həkim təyin edib.


Məlumata görə, bu posta Araz Manuçəri gətirilib. Araz Manuçəri bu təyinata qədər 2 saylı Psixiatrik Kliniki Xəstəxananın baş həkimi olub.


Xatırladaq ki, Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar mərkəzin direktoru Telman Məmmədhəsənov həbs olunub.


Narkoloji Mərkəzin əvvəlki baş həkimi Könül Vəliyeva Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunmuşdu.


 

Bu il martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş verib . Yanğın nəticəsində 25 nəfər həyatını itirib.


Hadisə ilə bağlı cinayət işi başlayıb. Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, şübhəli şəxs qismində Məhəmməd Məmmədov adlı şəxs həbs edilib.


O, Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixiloji və narkoloji ekspertizalar təyin olunub.


Cinayət Məcəlləsinə əsasən, qeyd olunan maddələrin hər biri üzrə 14 ildən 20 ilədək azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.


Səhiyyə Nazirliyinin balansında olan Narkoloji Mərkəz 1986-cı ildə yaradılıb. Yanan bina Sovet vaxtı tikilib və istismar müddətini başa vurub.

Oqtay Şirəliyev Respublika Narkoloji Mərkəzinə yeni baş həkim təyin etdi