Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oqtay Şirəliyev İmişlidə vətəndaşları qəbul etdi

  • 2019.01.23 14:12
  • 6961 Baxış
Oqtay Şirəliyev İmişlidə vətəndaşları qəbul etdi
 


Bu gün səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq İmişli Rayon Mərkəzi Xəstəxanasında İmişli, Beyləqan, Saatlı, Sabirabad rayon sakinlərini qəbul edib.

 

Medicina.az xəbər verir ki, sakinlərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

 

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.

 

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.