Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında Cəlilabad, Neftçala, Salyan, Biləsuvar rayon sakinlərini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Medicina.az-a verilən məlumata görə, qəbulda sakinlərin sağlamlıq problemləri, işlə təminatı kimi məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.