Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bələdiyyə seçkilərində səsvermədə iştirak edib. Nazir 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.
Medicina.az xəbər verir ki, seçki məntəqəsinin sədri İmran Cəmiyev bildirib ki, O.Şirəliyev Bakı vaxtı ilə saat 09:15 radələrində öz səsini verib.
Qeyd edək ki, 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin seçici siyahısında 1320 nəfərin adı var. Səsvermə başlayandan indiyə qədər təqribən, 80 nəfər səs verib.
Bu məntəqədə 5 nəfər qeydiyyatdan çıxıb, 5 nəfər qeydiyyata düşüb. 18 yaşı yeni tamam olmuş seçicilərin sayı isə 10 nəfər təşkil edir.
Seçki prosesini yerli müşahidəçilər izləyirlər. Xatırladaq ki, məntəqə Qərbi Kaspi Universitetinin binasında yerləşir.