Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oqtay Gülalıyevin son durumu - Həkimindən YENİ AÇIQLAMA

  • 2019.11.04 14:33
  • 5308 Baxış
Oqtay Gülalıyevin son durumu -  Həkimindən YENİ AÇIQLAMA
"Oqtay Gülaliyevin vəziyyəti hələ də ağır olaraq qalır".

 

Bunu hüquq müdafiəçisini əməliyyat etmiş, hazırda
isə müalicəsini öz üzərinə götürən Neyrocərrahiyyə Xəstəxanasının
cərrahı Bahman Yadigarov  Medicina.Az-a açıqlamasında deyib
.

 

Həkimin sözlərinə görə hazırki vəziyyətdə proqnoz vermək çətindir:

 

"Xəstənin vəziyyətində heç bir dəyişiklik yoxdur. O, hələ də komadadır və ağır vəziyyətdə reanimasiya şəraitində müalicə alır. Nə zaman ayılacağını demək mümkün deyil".

 

Qeyd edək ki, 28 oktyabr tarixində yolu keçərkən hüquq müdafiəçisi Oktay Gülalıyevi avtomobil vurub.

 

Afaq Rza