Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oqtay Gülalıyevdən yeni xəbər var

  • 2020.02.21 17:09
  • 3372 Baxış
Oqtay Gülalıyevdən yeni xəbər var
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş müşahidə olunur.

Medicina.az xəbər verir ki,bunu hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyevaya bildirib. Hər gün Oqtay Gülalıyevi yarım saat xüsusi qurğuların köməyilə ayaqüstə saxlayırlar. Gündə bir neçə dəfə isə bir saat əlil arabasında otuzdururlar.

Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir.

Baş Prokurorluğun yaydığı məlumata görə, 29 oktyabr 2019-cu ildə paytaxtın Nəsimi rayonunun 28 May və Puşkin küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada, Bakı şəhər sakini Oqtay Gülalıyevin avtomobillə vurulması faktı üzrə başlanmış cinayət işi üzrə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq tədbirləri davam etdirilir.