Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oqtay Gülalıyev "Amerika xəstəxanasına" köçürülür - SON DURUMU

  • 2019.11.18 21:19
  • 6964 Baxış
Oqtay Gülalıyev "Amerika xəstəxanasına" köçürülür -  SON DURUMU

Avtomobil qəzasından sonra müalicə üçün Türkiyəyə aparılan hüquq müdafiəçisi Oqtay Gülalıyevin hazırda İstanbuldakı "Amerika Xəstəxanası”na ("Amerika Hastanesi”) köçürülməsi üçün hazırlıq işləri gedir.


Medicina.az xəbər verir ki, cebhe.info-ya Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib.


O deyib ki, atasının səhhətində hər hansı irəliləyiş yoxdur: "Atam 20 günə yaxındır ki, komadadır, ayılmayıb. Hazırda sənədlərini hazırlayırıq. Atamı "Amerika Xəstəxanası”na köçürürük”.


Qeyd edək ki, Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və Avrasiya Xəstəxanasına yerləşdirilib. Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.


Oktyabrın 30-da beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməlidir.