Oqtay Əsədovun səhhəti pisləşib, spikerin təcili xəstəxanaya yerləşdirildiyi bildirilir
Milli Məclisin (5-ci çağırış) spikeri, indi isə deputatlığa namizəd Oqtay Əsədovun Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyi bildirilir.
Medicina.az Turan-a istinadla xəbər verir ki, Əsədovbu gün, günün ikinci yarısında xəstəxanaya infarkt diaqnozu ilə yerləşdirilib.
Mərkəzi Klinik Xəstəxanasından Turana bu məlumatı nə təsdiqləyib, nə də təkzib ediblər. "Bizim bu barədə məlumatımız yoxdur", - xəstəxanadan bildirilib.
Milli Məclisin Mətbuat xidməti isə məlumatı təkzib edib:
"Bu xəbər həqiqətə uyğun deyil. Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur".