İnklyuzon sitomeqalovirus infeksiyası çox geniş yayılmış virus xəstəliyi olub simptomsuz gedişdən ağır kliniki əlamətlərə qədər səbəb ola bilir. Virus transplasentar yolla da yoluxa bilir.
Sfera.az xəbər verir ki, infeksiyanıb mənbəyi yoluxdurucu insandır. Virus ağız suyunda, süddə, sidikdə, nəcisdə, uşaqlıq boynu sekretində olur. Virus insandan insana təmas, öpüş və cinsi yolla transplasentar yoluxa bildiyinə görə ona "öpüş xəstəliyi" də deyilir. Xəstəlik bəzən qan və böyrəkköçürmə zamanı da yoluxa bilir.
Virus orqanizmə tənəffüs, mədə-bağırsaq və cinsiyyət üzvlərinin selikli qişaları vasitəsilə yoluxur. İlkin yoluxma immun dəyişikliklər əmələ gətirir. Virusun həmişəlik orqanizmdə qalması prosesin əmələ gətirdiyi patologiyalara əlavə təsirlər qatır. Cinsiyyət yolunda olan infeksiya doğum vaxtı uşağın yoluxmasına səbəb ola bilir.
Amma virusun miqdarı qanda çox olduqda, ana bətnində olan dölü də xəstələndirir. Hamilələrin cinsiyyət yollarında persistə edən virusun yerli və ümumi immuniteti gücləndirməsi nəticəsində hamiləlik özbaşına pozulur.
İnklyuzon sitomeqaliyanın inkubasiya dövrünün nə qədər olduğu məlum deyil. Xəstəlik zamanı virusun orqanizmdə gizli qalması onun yoluxma vaxtının dəqiqləşməməsinə səbəb olur. Xəstəlik kliniki əlamətlərinə görə bir neçə formalarda inkişaf edir. Xəstəliyin ilkin dövrlərində xəstələrdə qızdırma, kataral əlamətlər, üşütmə, zəiflik, əzələ ağrıları və ağız-boyun bölgəsində şişkinliklərlə müşahidə edilir. Xəstəliyin gedişi ağırlaşdıqda dalağın da böyüməsi, pnevmoniya, plevrit, miokardit, ensefalit müşahidə edilir. Xəstələrdə bəzən vegetativ sinir sisteminin pozulmaları meydana çıxır.
Sitomeqalianın yayılmış forması bədxassəli şişilər, leykopeniya founda inkişaf edir və ağır gedişə malik olur. Bu zaman xəstəlik qızdırma, ümumi intoksikasiya, qaraciyərin və limfa vəzilərinin böyüməsi ilə müşahisdə edilir. Ləng gedişli pnevmoniya və bəlğəmdən xarakter hüceyrələrin tapılması xəstəliyin diaqnozunu təsdiqləyir.