Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Öpüş və intim münasibətlə keçən virus - Başa bəla HERPES

  • 2021.01.08 14:40
  • 4189 Baxış
Öpüş və intim münasibətlə keçən  virus  - Başa bəla HERPES

Yer kürəsi əhalisinin 80%-də mövcud olan, çox hallarda orqanizmdə gizli qalan bu virus bir gün oyanaraq insanın ömrünü cəhənnəmə çevirə bilər.

Daha çox üzdə, dodaq kənarında və cinsi orqanlarda uçuqlama, ağrılı səpki ilə büruzə verən herpesin gözlərdə, daxili orqanlarda, başda, burunda olma faizi də çoxdur.


Medicina.az xəbər verir ki, herpesin ağırlıq dərəcəsinə görə 7 növü var. Bu gün tibb herpesi yalnız simptomatik müalicə edir, bu virusu orqanizmdən tam təmizləmək mümkün deyil. Herpes heç də adi dodaq uçuqlaması demək deyil. Onun insanı ölüm həddinə çatdıran daha təhlükəli növləri var.


Herpes ailəsi virusları nəinki insanı, heyvanları və planetin digrə canlılarını da yoluxdurur.


İnsanlar arasında yayılmış 7 tip virusin ən sadəsi I tipdir. Bu herpes ağız və burunun selikli qişasında çıxır. II tip genital nahiyələrdə çıxır. III tip uşaqlarda yayılır və suçiçəyi ilə çıxır. V tip Sitomeqalovirus infeksiyasıdır, daha təhlükəlidir. Ən ağır növü sarkoma, kimfoma kimi bəd törəmələrin yaranmasına səbəb ola bilir.


Herpesin simptomları: dəri və selikli qişanın zədələnməsi, qabarcıqların yaranması, yanma hissi, qızdırma, qaşınma, halsızlıq.

Suçiçəyindən sonra virus oyadıcısı ömürlük olaraq bədəndə qalaraq, immunitet tərəfindən tənzimlənir. Əgər immunitet zəifləsə və virus aktivləşsə, o herpes zosterlə üzə çıxır. Bu, qızılcadan da ağır növdür. Səpkilər kürək və qabırğa nahiyəsində, sinir uclarında çıxır. Onlar ağrılı, qaşıntılı olub, sonrada partlayır. Bu mərhələdə pasiyent ətraf üçün təhlükəlidir, yoluxdura bilər.



Herpesi nə aktivləşdirir:

-İmmunitetin aşağı düşməsi, tez-tez keçirilən xəstəliklır

-Stress, qorxu, əsəb

-Bir sıra kosmetik məhsullar

-Antibiotiklər


İnfeksiyanın aktivliyini azaldan preparatların qəbulu ilkin mərhələdə xəstəliyin daha qısa müddət sürməsini təmin edəcək. Herpesi sağaltmaqdan söhbət gedə bilməz.


Həmçinin virus gözlərin selikli qişasına keçib, onları zədələyə və hətta korluğa səbəb ola bilər. belə olan halda təcili peşəkar həkimə müraciət etmək lazımdır.


Müalicəsi:

Qabarcıq və səpki olan dəri və selikli qişanın tibbi işlənməsi, sterillik, virus əleyhinə dərmanların qəbulu, zədəli nahiyəyə uyğun mazların çəkilməsi.

Herpesə yoluxmamaq üçün viruslu və qızılcalı insanlarla yaxın ünsiyyət və təmasdan qaçmaq, qorunmaq lazımdır. Herpes öpüş, ağız suyu, tüpürcək, intim əlaqə ilə keçir.


Profilaktika məqsədilə ilə immunitetin möhkəmlənməsinə çalışmaq, kəskin soyuq və istidən qorunma, bədənin soyuqlamasına imkan verməmək, xroniki infeksiyaları müalicə etmək, vitamin və mineral ehtiyatı görmək, stressdən uzaq durmaq lazımdır.