Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirəcək.
Medicina.az xəbər verir ki, qərargah koronavirusla bağlı jurnalistlərin suallarını cavablayacaq.
Brifinq bu gün saat 17:00-da başlayacaq.
Qeyd edək ki, bu gün Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.