Taylandın gənc müğənnisi Finq Çyada çiyin və belində ağrı hiss etsə də, həkimə yox, masaj salonuna gedib.
“Medicina” xəbər verir ki, belində xüsusi burucu masajdan keçən Finq 3 seansdan sonra özünü pis hiss edib. Ağrı bütün boynuna yayılıb və qolu keyiyib.
Qadın yenə də şübhələnməyərək, bunu masajın ağrısına yozub
Bir səhər bədəninin bir hissəsi keyiyən qız xəstəxanaya çatdılır və komaya düşərək ölür.
Məlum olub ki, masaj zamanı onda fəqərə yırtığı artıb və sinirləri sıxıb. ə
Həkimlər bildirir ki, boyun, çiyin ağrısı zamanı həkimə müraciət edib MRT çəkilməlidir. Ağır masaj vəziyyəti daha da pisləşdirə bilər.
Aygün Musayeva