Dünyada yeni fitnes-trend dəbə minib.
Mütəxəssislər fikir veriblər ki, iməkləyən uşaqların bütün bədən əzələləri çox fəal işləyir ki, bu da əzələlərin və onurğanın möhkəmlənməsinə, qamətin, koordinasiyanın və tarazlığın yaxşılaşmasına kömək edir.
Pediatrlar təsdiq edir ki, kiçik yaşlarda iməkləyən uşaqlarda iməkləməyən uşaqlarla müqayisədə onurğa sütunu problemlərinə (skolioz, lordoz, kifoz) daha az hallarda rast gəlinir.
ZeeNews xəbər verir ki, iməkləmək tək uşaqlar üçün deyil, böyüklər üçün də çox faydalıdır. Mütəxəssislər sübut edir ki, bu sadə məşq onurğanın sağlamlığını qoruyur, bəzənin bütün əzələlərini möhkəmləndirir, təzyiqi normallaşdırır. /saglamol.az/