Onurğada fəqərələrarası disk yırtığından əziyyət çəkən 35 yaşlı pasiyent uzun müddətdir ki, bu ağrılarla mübarizə aparır, müxtəlif həkimlərin müalicələrini almışdı.
Fizioterapiya və dərman terapiyasından effekt görməyən xəstədə ağrılar şiddətlənmiş və onun gəzməsinə, hərəkətinə belə mane olacaq həddə çatmışdı.
Medicina.az xəbər verir ki, artıq müalicə üçün xaricə getməyi düşünən pasiyent Bakıda Ağrı Mərkəzinin olduğunu öyrənərək, alqoloq Zülfüqar Yusifova müraciət edir.
Həkimin sözlərinə görə, 12 mm-lik yırtıq sinirləri sıxır, yerləşməsi və təzyiqinə görə artıq əməliyyatı labüd edirdi.
"Xəstə klinikaya gələndə güclə yeriyirdi. Səhər ağrıkəsici qəbul etməsinə baxmayaraq, təsir etməmişdi. Yırtıq oturaq siniri çox sıxırdı. Xəstəyə əməliyyat göstəriş olsa da, o əməliyyat istəmədiyini bildirdi.
Ona görə biz invaziv metodikadan istifadə etdik. Biz xəstəyə USM altında transforaminal inyeksiya, eyni zamanda oma qalçaq oynağına inyeksiya etdik. Xəstə prosedur zamanı heç bir diskomfort hiss etmədi və inyeksiya bitdikdən 10-15 dəqiqə sonra ağrısız şəkildə ayağa qalxıb, rahat şəkildə getdi”.
Həkimin məlumatına görə, bu kimi yırtıqlarda ağrıkəsicilər, dərman müalicəsi, fizioterapiya ilkin mərhələdə doğru seçimdir, xəstə bu metodları sınadıqdan sonra əməliyyat istəmirsə, o zaman kəsiksik, əməliyyatsız invaziv metodu sınaya bilər.
Ağrı Mərkəzi
Zülfüqar Yusifovla əlaqə:
050 346 47 72