Onurğada fəqərələrarası yırtıq gənclərdən tutmuş yaşlılara kimi bu gün çox insanı narahat edir. Problemi əməliyyata çatdırmadan həll etmək xəstələrin arzusudur. Amma təəssüf ki, yırtığı heç nə yox etmir. Lakin xüsusi üsullar var ki, ağrıları aradan qaldırır, ümumi vəziyyəti yaxşılaşdırır.
Medicina.az xəbər verir ki, xəstə fəqərələr üçün effektiv vasitələrdən biri də Pixta yağıdır.
Bu yağ apteklərdə olur. Bu yağla masaj qaydası belədir: xəstə, ağrıyan, yırtıq olan hissəyə möhkəm basmadan pixta yağı çəkirsiz. Sonra bu yerə təbii bal sürtün. Barmaqların ucunda döyəcləməklə masaj olunur. Masajdan sonra finalqon mazı çəkin, isti bağlayıb yatın.
Metodu 1 ay hər gün edə bilərsiz. Əgər riayət etsəniz, onurğa yırtığı sizi uzun müddət narahat etməyəcək.