Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Onurğa və bel üçün ən zərərli - yuxu pozası

  • 2023.05.25 14:51
  • 1415 Baxış
Onurğa və bel üçün ən zərərli    -  yuxu pozası
Sağlamlığımız, xüsusən onurğanın vəziyyəti necə və hansı formada yatmağımızdan çox asılıdır.


“Medicina” xəbər verir ki, duruş korreksiyası üzrə mütəxəssis Ceyms Leynhardtın fikrincə, qarnı üstə yatmaq sağlamlıq üçün ən pis pozadır.

“Dizlərinizi qarnınıza qədər çəkib, əllərinizi yastığın hər iki tərəfinə qoysanız, fəqərə sümükləri sıxılacaq, bu da oyananda boyun və kürək nahiyəsində ağrılara səbəb olacaq.

Qarın üstə yatmaq ən zərərli vərdiş və sağlamlığımıza zərər verən yuxu pozasıdır.

Leynhardt insanları bu vəziyyətdə yatmağı dayandırmağa çağırıb, xüsusən də dizləri qarnına qədər çəkib, əlləri yastığın hər iki tərəfində sıxıb yatmaq olmaz.

Çünki bu, bütün bədənə, xüsusən də arxa və boyuna çox yük verir. “Bu vəziyyətdə yatarkən boynunu çevirmirsən, bükürsən".

Qarın üstə yatmağa sağlam bir alternativ olaraq, Leinhardt böyrü üstə uzanmağı tövsiyə edib.

Eyni zamanda gecə saatlarında bir yastığı dizlər arasına qoymağı, ikincisini isə sinəsinə basmağı məsləhət görüb.

Mütəxəssisin fikrincə, bu tədbir yuxuda mədə üstə çevrilməkdən və ayağı dizdə qatlamaqdan qoruyacaq.

Aynurə Məmmədova