Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Onurğa kanalının daralması nədir? – Əlamətləri

  • 2023.01.18 18:31
  • 2705 Baxış
Onurğa kanalının daralması nədir?  – Əlamətləri


Son zamanlar əhalinin çox hissəsinə rentgen və MRT müayinəsində qoyulan diaqnozlardan biri də onurğa kanalının daralmasıdır.


“Medicina” xəbər verir ki, stenoz adlanan bu xəstəlik onurğa oynaqlarının böyüməsi nəticəsində baş verir.
Eləcə də əgər insanda əzələ korseti zəifdirsə, əzələlər onurğanı yaxşı saxlamırsa, insan fiziki aktiv deyilsə, 50 yaşından sonra baş verir.

Onurğa kanalı içində sinirlərin sıxılması əvvəl kəskin xarakter daşımır, amma sonradan illərlə dərinləşir, ağrı xronikləşir, ayağa vuraraq, normal gəzməyə mane olur.

Ayaqlar ağırlaşır, keyiyir, ağrıyır. İnsan bir az gəzən kimi yorulur.

Belə hallarda ilkin mərhələdə fizioterapiya, mümkün olmadıqda isə onurğa üzrə cərrahi əməliyyat xeyli yaxşılaşma verir. Bu zaman onurğaya implantlar yerləşdirməyə çox zaman ehtiyac olmur.

Müasir mikro və endoskopik cərrahi texnologiyalar onurğa kanalını təhlükəsiz genəltməyə və sıxılan sinirləri azad etməyə imkan verir. Yaşlı adamlarda bu əməliyyat qan itkisiz, əlavə ağırlaşmasız aparıla bilir.

Hazırda insanlar daha çox qapalı şəraitdə, oturaq işdə çalışmaq, hər yerə maşınla getmək belə problemləri artıq 40 yaşdan sonra qabardır.

Əvvəllər buna sırf qocalıq xəstəliyi deyirdilər və əməliyyatsız müalicə edirdilər. İndi tibb inkişaf edib, yaşlıları da ağrıdan xilas etmək mümkündür.

Aygün Musayeva