Onurğa yırtıqlarında ağrıların əməliyyatsız müalicəsi – Ağrı mütəxəssisindən açıqlama –VİDEO
Onurğa yırtıqlarında ağrıların əməliyyatsız müalicəsi – Ağrı mütəxəssisindən açıqlama –VİDEO
2019.01.29 17:00
20231 Baxış
Azərbaycanda onurğa fəqərəsi yırtıqlarından əziyyət çəkən xəstələr ağrılardan xilas olmaq və normal həyatına davam etmək üçün müxtəlif üsullar sınayır. Bəziləri yırtığın ölçüsünün böyük olmasından təşvişə düşərək artıq əməliyyatın qaçılmaz olduğunu düşünür.
Medicina.az Bakıda ilk Ağrı Mərkəzinin rəhbəri, ağrı mütəxəssisi Zülfüqar Yusifovun onurğa yırtıqların müasir və modern müalicə metodları barədə açıqlamasını təqdim edir.
Həkim bildirir ki, istər əməliyyat, istər ağrı müalicəsində onurğa yırtığının ölçüsünün əhəmiyyəti yoxdur.
Əsas məsələ sinirə təması, sini nə qədər sıxmasıdır. Bu zaman konservativ və invaziv müalicə aparılmalıdır.
Əgər sinirə sıxıntı, ödemləşmə varsa, bel ağrısı artıq aşağı ətraflara yayılırsa, bizim apardığımız inyeksiyalar və radiofrekansla apardığımız müalicələr effekt verir və xəstə ağrıdan azad olur.