Türkiyənin Kahramanmaraş şəhərində ədəbiyyat müəllimi onlayn dərs keçmək üçün çıxdığı təpədən yıxılaraq ölüb.
Medicina.az xəbər verir ki, bu barədə “Haber Global”ın məlumatında qeyd edilir: “Onikişubat Anadolu Liseyi”nin 50 yaşlı müəllimi Əziz Sərin internet şəbəkəsi zəif olduğu üçün təpəyə çıxıb.
Onun evinə qayıtmamasından narahat olan yaxınları həmin ərazidə Sərinin meyitini tapıblar. Məlum olub ki, o, təpədən yıxılıb və infarkt keçirərək ölüb.