Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Onlar təkrar müayinəyə cəlb olunmamalıdırlar - Deputatdan irad

  • 2024.11.27 12:22
  • 147 Baxış
Onlar təkrar müayinəyə cəlb olunmamalıdırlar -  Deputatdan irad
"Sağlamlıqlarını itirən vətəndaşların təkrar müayinəsi ilə bağlı prosedur sadələşdirilməlidir".

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.

"Əgər bir insan qolunu və ya ayağının birini itiribsə, onun təkrar müayinələrə cəlb olunmamasını təklif edirəm. Bu məsələ ilə bağlı bizə müraciətlər həddən çoxdur", - deyə deputat bildirib.

Ceyhun Məmmədov məktəbə gedən uşaqların sayında azalmaya da diqqət çəkib:

"Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-2024-cü tədris ili üzrə I sinfə 132 261 uşaq qəbul olunduğu halda, 2022-2023-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin 1-ci sinfinə 137 862 uşaq gedib. Məktəbə gedən uşaqların sayında təxminən 6000-ə yaxın azalma var. Bölgələrdə bu problem özünü daha qabarıq göstərir. Ailələrdə və məktəbə gedən uşaqların sayında ciddi azalma var. Bütün bunlar çoxuşaqlı və aztəminatlı ailələrə əlavə maddi dəstək mexanizmləri barədə düşünməyi zəruri edir".