Qan analizləri içərisində tibbin gətirdiyi töhfələrdən biri də onkomarkerlərdir.
Onkomarkerlər xərçəng xəstəliyi və ya ona yaxın iltihabi proseslərdə qanda və sidikdə artan xüsusi zelallardır.
"Medicina" xəbər verir ki, həkimlər diaqnoz üçün çox vaxt bu analizləri təyin edir.
Amma təkcə bu analizlərin əsasında xərçəng xəstəliyinin diaqnozunu qoymaq olmaz.
. Məsələ burasındadır ki, bəzi markerlər məhz müəyyən orqanlarının xərçəng xəstəliyi ilə zədələnməsini göstər, bəziləri isə müxtəlif orqanların xərçəng xəstəliyi zamanı aşkar olunur. Bəzi onkimarkerlərin yüksəlməsi bədxassəli deyil, xoşxassəli şişlər və digər xəstəliklər zamanı da olur.
Lakin bu analizlərin şübhəsiz dəyəri bundadır ki, onlar xərçəng xəstəliyindən şübhələnməyə və ya belə şübhələr olduqda onları rədd etməyə imkan yaradır. Bundan əlavə bu analizlər aparılan müalicənin effektivliyini qiymətləndirməyə imkan verir.
20 onkomarker analizi var, hər biri müəyyən qrup xəstəlik və orqanlara aiddir.
Ən məşhurlarını təqdim edirik:
Prostat spesifik antigen (PSA)
PSA onkomarkerin yüksəlməsi bu kimi xəstəliklər zamanı mümkündür: prostat vəzisinin xərçəngi, ağ ciyər xərçəngi, düz bağırsağın xərçəngi, böyrək xərçəngi və s.
SA 125
Yüksəlməsi yumurtalıqlar, uşaqlıq, endometrium, süd vəziləri, mədəaltı vəzi, qara ciyər, mədə və s. orqanlarda olan xərçəng xəstəliklərindən xəbər verə bilər.
SA 15-3
Yüksəlməsi süd vəziləri, mədə, qara ciyər, mədəaltı vəzi, yumurtalıqlar, uşaqlıq və s. xərçəng xəstəliklərini göstərə bilər.
SA 19-9
Yüksəlməsi mədəaltı vəzi, öd kisəsi, qara ciyər, mədə, süd vəziləri, yumurtalıqlar, uşaqlıq, bağırsaqlar və s. orqanlarda olan xərçəng xəstəliklərindən xəbər verə bilər.
SA 242
Mədəaltı vəzi, mədə-bağırsaq traktı, müxtəlif karsinomalar zamanı yüksələ bilər.
XEA (xərçəng-embrional antiqen)
Mədə, yoğun və düz bağırsaq, ağ ciyər, süd vəziləri, yumurtalıqlar, uşaqlıq, prostat vəzisi xərçəngi zamanı yüksələ bilər.
XH (xorionik honadotropin)
Xaya, yumurtalıq, mədə, qara ciyər, nazik bağırsaq, böyrək, süd vəziləri, uşaqlıq xərçəngini göstərir.
Aygün M.
Salam,anamda onkomarker analizi 20.4 çıxıb,qaraciyər serrozu diaqnozu qoyulub,bu göstətici çoxdu?