Onkologiya, narkologiya, psixatriya üzrə həkimlərin əməkhaqqı ilə bağlı layihə hazırlanaraq hökumətə təqdim olunub.
"Medicina" xəbər verir ki, səhiyyə nazirinin müavini Rasim İsmayılov noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.
“Bu baxımdan onların əməkhaqlarının reallığa uyğunlaşdırılması üçün layihə hazırlanaraq hökumətə təqdim olunub. Bu kifayət qədər ciddi məsələdir. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyindən xahiş edirik ki, bu məsələyə xüsusi həssaslıqla yanaşsınlar. Səbəb nədir? Bu gün özəl və dövlət müəssisələrində çalışan tibbi işçilərinin əməkhaqlarında vergitutulmalarında fərq var. Bu da Tibb Universitetinin 4 klinikası, həmçinin Bakı Sağlamlıq Mərkəzində olan təcrübəli, səriştəli həkimlərin özəl klinikalara axınına səbəb olur”, - deyə nazir müavini qeyd edib.