Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Onkoloji xəstənin sidik kisəsini zədələdilər, qarnında tampon unutdular – Bakıdan İrana gedən xəstənin başına gələnlər

  • 2020.02.07 19:37
  • 5217 Baxış
Onkoloji xəstənin sidik kisəsini zədələdilər, qarnında tampon unutdular –  Bakıdan İrana gedən xəstənin başına gələnlər

Azərbaycandan İrana üz tutan onkoloji xəstələr təəssüf ki, ildən ilə azalır. Artıq Azərbaycan onkoloji xəstəliklərin müalicəsi üzrə irəliləsə də, bəzi həkimlərin məsuliyyətsizliyi və səhvləri ucbatından hələ də dərdinə çarəni kənarda axtaranlar olur.

Medicina.az-a müraciət edən oxuculardan biri xalasının başına gələnləri bölüşərək, probleminə çarə axtarır. Belə ki, illər öncə uşaqlıq və yumurtalıqlarında şiş aşkarlanan qadın əməliyyat olunur, lakin bu zaman sidik kisəsi zədələnir. Cərrah bunu şişin mürəkkəb yerləşməsi ilə əlaqələndirir və qadında yenidən sidik kisəsində əməliyyat icra olunur. Hər şey də ikinci əməliyyatdan sonra başlayır:

“İkinci əməliyyatdan sonra 3 ay xalamın qarın hissəsi ağrıyırdı, qızdırması olurdu. KT olunduqda gördülər ki, orda tampon unudublar. Tamponu unutduqlarına görə nə bir üzr istədilər, nə həkim tənbeh olundu. Minnətlə tamponu çıxarmaq üçün kiçik əməliyyat etdilər. Amma xəstəyə nə antibiotik, nə başqa dərmanlar yazmadılar ki, infeksiyanın qarşısı alınsın. Çünki cərrah tamponun ətrafında iriləşmə görmüşdü.

Evə gəldikdən 3 gün sonra yaradan və sidik yolu ilə irinli, bəzən qanlı axıntı gəlməyə başladı, qarında dəhşətli ağrılar olurdu.

Yenidən Onkoloji Mərkəzə getdik, dedilər bu onkologiyadır, yenə baş qaldırıb. 6 kurs kimyateraoiya olundu xalam, amma vəziyyəti düzəlmirdi, qanda onkomarkerlərin səviyyəsi daha da artmışdı, limfa düyünlərinin ölçüləri də böyüyürdü. Dedilər ki, yenə də onkologiyadır, daha güclü kimyaterapiya edək. Amma xalam qorxdu, dedi bu kimyadan mən çətin sağ çıxam.

Çarəsizlikdən qohumların da təkidilər İrana sadəcə müayinəyə getdik ki, görək orda nə deyəcəklər.
İranda USM və KT qarın boşluğunda şiş falan aşkarlamadı, dedilər orda bir neçə irin kisəsi var, qarın irinlə doludur, limfalar da iltihabdan şişib. Onkologiya Mərkəzində heç bir irin falan görməmişdilər.

Xalama İranda antibiotiklər, ağrıkəsicilər yazdılar, irini drenaj etdilər. Ondan sonra onkomarkerlər düşdü, limfalar bir az kiçildi, irin azaldı. İranda dedilər ki, aldığı 6 kimyatetrapiya lazım deyildi”.

İranda maddi səbəbdən uzun müddət qala bilməyən xəstə Bakıya qayıdıb, burda artıq onkoloji yox, cərrahi müalicə almaq istəyir ki, qarnındakı irin tam təmizlənsin. Lakin burda həkimlər ona yaxın durmur.

“Hansı həkimə gedirik, deyirlər bu onkoloji xəstə olub, Onkologiyada qeydiyyatdadır, getsin ora, biz qəbul edə bilmərik.
Onkoloji mərkəzə gedib İrandakı cavabları göstəririk, deyirlər İran səhv deyir, infeksiya, irin yoxdur, gəl kimyaterapiya edək.

Hətta burdakı onkoloq xalamın oğluna qəzəblə deyib ki, bizdən nə istəyirsiz, bu xəstə 5 il əvvəldən xərçəng idi, 5 ildir yaşayıb, daha nə etməliyik?

Bir çox cərrahlar isə qarın boşluğunda irin olduğunu deyir, amma bu başqa cərrahın səhvi olduğu üçün yaxın durmurlar, çünki səhvi düzəltmək çətindir.

İndi bilmirik Bakıda xəstəmizi hara, kimin yanına aparaq. Böyrəklərində də yenə problem başlayıb. Bir xəstəyə ki, onkolojidir damğası vuruldu, onu başqa xəstəlikdən müalicə etmək olmaz?”.