Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Onkoloji xəstələrin müalicəsi niyə icbari tibbi sığortaya daxil edilmir? - Millət vəkili

  • 2024.11.19 17:04
  • 148 Baxış
Onkoloji xəstələrin müalicəsi niyə icbari tibbi sığortaya daxil edilmir?  - Millət vəkili
"Ambulator müalicə alan vətəndaşların dərmanı dövlətdən alması vacibdir. Növbəti ildən dərnman vasitələri də icbari tibbi sığorta tərəfindən qarşılanacaq. Bütün tibbi müayinələrlə əhastə olunsa da, dəqiq diaqnoz qoyan müalicə icbari tibii sığorta ilə qarşılanmır. Onun da bu xidmət tərəfindən qarşılanmasını təklif edərdim".


"Medicina.az" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmraslanov Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.


Komitə sədri vurğulayıb ki, onkoloji xəsətələrin icbari sığortaya daxil edilməməsi anlaşılan deyil.


"Samir Şərifova da, səhiyyə nazirinə də bunu demişəm. Onkologiyaya ayrılan vəsait 50 milyon civarında qalıb. Bu gün xəstələrin böyük qrupunun müalicə etmə imkanından məhrumuq. İlk addım olaraq müalicəsi üçün vacib olan dərman preparatları icbari tibbi sığorta öz üzərinə götürsə, yaxşı olar".


MEDİCİNA.AZ