Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Onkoloji xəstələri ağrıdan xilas edən yeni metodlar - Bakıda

  • 2020.12.11 18:50
  • 4945 Baxış
Onkoloji xəstələri ağrıdan xilas edən yeni metodlar  - Bakıda

Hazırda xərçəng xəstələrinin müalicəsi istiqamətində dünyada müasir tibbin qarşısında duran başlıca məqsədlərdən biri də xərçəng xəstələrinin qalan ömrünü mümkün qədər ağrısız başa vurmasıdnı təmin etməkdir.


Avropada, inkişaf etmiş ölkələrdə bu məsələ uğurla həll olunmaqdadır və xəstələrin ağrılarının müasir metodlarla qarşısını alınması üçün təbii ki, Ağrı mərkəzləri və alqoloqlar məşğul olur.

Medicina.az xəbər verir ki, hazırda dünyada xəstələri ağır iynələrdən, morfidən xilas edən metodlar vardır.


Ağrısızlaşdırma üçün sadə bloklardan tutmuş müxtəlif dərman preparatlarına qədər üsullar var. Müasir yanaşmalardan biri odur ki, xərçəng xəstələrinə təyin olunan ağır, bəzən narkotik təsirli inteksiyaların olunmasını azaltmaq üçün epidural pompalar qoyulur. Bu pompanın içərisində həmin dərmanın doldurulduğu bir yuva-rezervuar var. Bir dəfə pompanı qoyub, dərmanla doldurulur, çox kiçik dozalarla cihaz özü tənzimləyib, epidural sahəyə o dozanı gündəlik özü ötürür və xəstə ağrının nə vaxt gəldiyini belə hiss etmir.


Çiyin nahiyəsinə, döş qəfəsinin ön səthinə qoyulan portlar qoyuruq. Burda məqsəd mümkün qədər venadaxili inyeksiyaları azaltmaq, bəzən xəstələrə venaya dərman yeritmək mümkün olmadıqda, inyeksiya bu portun içərisinə olunur və ordan magistral damarlarla orqanizmə gedir və ağrını kəsir.




Daha dərin üsullardan biri onurğa beynin stimulyasiyasıdır. Onurğa beyninə implant stimulyatorlar qoyulur, onlar davamlı olaraq həmin onurğa beynini stimulyasiya edir. Müəyyən dövrlərdən bir xəstə kontrol olunur, cihazın batareyası dəyişdirilir, xəstənin gündəlik ağrıkəsici iynələrdən canı qurtarır.


Beləliklə, xəstənin normal həyatına davam etməsinə imkan yaranır, istədiyi yerə gedir, ağrı gələn vaxt dərman, iynə, həkim axtarmır və ümumiyyətlə, heç nə hiss etmir



Xəstələrə port, qalıcı epidural kateterlər qoyulur, implant pompalar da qoymaq da mümkündür.

Onkoloji xəstələrə ağrıya qarşı portların yerləşdirilməsi və ağrı bloklayıcı prosedurlar üçün
Med Konsiliuma müraciət edə bilərsiz. Biz sizi bu işi bacaran ən yaxşı həkimə yönəldərik

Əlaqə tel:
050 372 77 14