Braziliyalı aktrisa Covanna Antonelli onkoloji xəstələrə dəstək məqsədilə xeyriyyə aksiyası çərçivəsində çılpaq fotosessiyaya qatılıb.
Medicina.az xəbər verir ki, aktrisa sosial şəbəkədə bir fotosunu paylaşaraq bunları yazıb:
" Köməyə ehtiyacı olanlara yardım etmək üçün o qədər az şey lazımdır ki... Mən həmişə intuisiyama güvənmişəm, bu layihədə olmağım lazımdır. Bir sevgi dalğası yaratmaq istədik. Bu layihədə olan futbolkalar, kosmetika və eynəklərin satışından əldə olunan məbləğ xərçəng xəstələrinə yönələcək”.
Fotosessiya üçün tamamilə soyunan aktrisanın bədənində yalnız qırmızı rəng boya çəkilib.