Ukrayna Səhiyyə Nazirinin müavini Aleksandr Linçevskiy qeyri-adi açıqlaması ilə müzakirələrə səbəb olub.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, Linçevskiy dövlət büdcəsindən onkoloji xəstəliklərin müalicəsi proqramına maliyyə vəsaiti ayırmasına münasibət bildirirkən bunları deyib:
" Bu xərçəngdir. Onlar əvvəl-axır, onsuz da öləcək. Bu proqramın effektivliyi sıfırdır. Xaricə müalicəyə gedən 25% onkoloji xəstələrin də 90% i ölür. Sümük iliyi, böyrək, ürək, qaraciyər transplantasiyası xəstələri də əməliyyatdan sonra az yaşayır. Geci-tezi, onlar öləcək. Ona görə dövlət büdcəsini bu mənasız proqrama sərf etməyin xeyri yoxdur”.
Qeyd olunur ki, Ukrayna Avropa ölkələri içində onkoloji xəstəliklər üzrə ən çətin durumda olan ölkədir. Bu ölkədə hər gün 300 nəfərə onkoloji diaqnoz qoyulur, genə 179 xəstə ölür.Xüsusən uşaq onkologiyasında durum olduqca kritikdir.