ABŞ və Avstraliyadan olan alimlər xərçəng xəstəliyi ilə bağlı aparılan araşdırmanın nəticələrini açıqlayıb.
Medicina.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər 1000-ə yaxın xərçəng xəstəsi üzərində müşahidə aparıb. Məlum olub ki, fiziki aktivlik göstərən, mütəmadi olaraq meyvə-tərəvəz yeyən, emal edilən buğda və ət məhsullarından çəkinən şəxslər xərçəngə yoluxduqları təqdirdə ilk 7 ildə ölüm ehtimalı 42 faiz azalır.
Avstraliyadan olan 300 xərçəng xəstəsi üzərində aparılan araşdırma isə göstərib ki, həftədə 180 dəqiqə piyada gəzməklə xəstələr ölümü uzaqlaşdıra bilərlər. Belə xəstələrdə fiziki aktivliyi olmayan xəstələrə nisbətən ölüm daha az müşahidə edilir.
Mütəxəssislərin ortaq rəyinə görə, xərçəng xəstələri pəhrizə əməl etməklə və mütəmadi fiziki hərkətlə ömürlərini uzada bilərlər.