Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamilə həkim koronavirusa yoluxdu - Bakıda

  • 2020.06.16 14:11
  • 6090 Baxış
Hamilə həkim koronavirusa yoluxdu   -  Bakıda

Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında daha bir həkim koronavirusa yoluxub.

"BakuPost"un "News24.az"a istinadla verdiyi məlumata görə, 1984-cü il təvəllüdlü onkoloq İndira Səfərova COVID-19 daşıyıcısı olaraq hamiləliyinin 37-ci həftəsində uşaq dünyaya gətirib, ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpə tam sağlamdır. Onkoloqun vəziyyəti artıq yaxşılaşıb.

Qeyd edək ki, bu klinikanın həkimləri arasında artıq COVID-19-a ikinci yoluxma halıdır. Ötən gün Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti, tanınmış həkim-onkoloq Fikrət Namazov koronavirusdan vəfat edib. F.Namazovun ürəyində stend olması onun bu xəstəliklə mübarizə aparmasına problem yaradıb.