Xalq artisti Zabit Nəbizadə son zamanlar səhhətində yaranan problemlərdən danışıb.
Medicina.az xəbər verir ki, o, ilk dəfə ATV ŞOU verilişində əziyyət çəkdiyi xəstəlikləri açıqlayaraq kövrəlib.
" 6 ay yataq xəstəsi oldum. Ayağa dura bilmirdim. Ayağımdan 4 ay irin gəldi. Onkoloji diaqnoz qoyuldu. Kimyaterapiya qəbul etdim, saçlarım töküldü. İkinci qrup əlil olmuşam. Ölümdən qorxmurdum. Sonuncu əməliyyata getmək istəmirdim.
Deyirdim nə olursa olsun. 2 ildən sonra bildim ki, onurğamda yırtıqda var. Sonra Hepatit C xəstəsi olduğumu öyrəndim. İranda müalicə olundum”.