Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Onkologiyaya qarşı 25 effektli ərzağın SİYAHISI – Hər gün yeyilməli antixərçəng qidalar

  • 2019.06.25 17:59
  • 82796 Baxış
Onkologiyaya qarşı 25 effektli ərzağın SİYAHISI –  Hər gün yeyilməli antixərçəng qidalar
Hər il dünyada 12 mimyon insan onkoloji xəstəlik və ağırlaşmasından ölür, hər gün 27 min insan bu xəstəliyə tutulur. Son statistika göstərdi ki, Azərbaycanda da xərçəng xəstələri artır.


Xərçəngə qarşı qalxan rolunu oynayan qidalar, bitkilər, meyvə-tərəvəzlər var. 


Medicina.az şişə və metastazlara qarşı effektiv təsiri dünya alimlərinin eksperimentlərində sübut olunmuş 25 antixərçəng qidanın siyahısını təqdim edir.

Siyahıya baxdıqda, görmək olur ki, azərbaycanlıların gündəlik qidasında onlar azdır və getdikcə də uzaqlaşırıq. Halbuki alimlər xəstəlnməmək və xərçəng önü vəziyyətdə şiş hüceyrələrini məhv etmək üçün bu siyahıdakı qidalardan ən azı 12-ni hər gün normasında qəbul etməyi məsləhət görür.


1.Sarımsaq – soğan. Xüsusən sobada bişmiş soğan və sarımsaq. Hər gün 3 diş sarımsaq mütləqdir


2.Pomidor – mütləq çiyi və orqanik, dərmansız olanı seçilməli, hər gün 50 ml şirəsi içilməlidir


3.Kələm növləri – xüsusən brokkoli, gül kələmi, pekin  və qırmızı kələm. Kələm çiy salat formasında və ya şirəsi qəbul olunmalıdır. Kələm dolması və borş yedim, kələm qəbul etdim hesab etməyin


4.Qırmızı və ya qara üzüm – eləcə də bu üzümdən keyfiyyətli şərab


5. Tünd rəngli göyərtilər və tərəvəzlərin yarpaqları


6.Çuğundur, kök – çiy halda salatı və şirəsi hər gün


7.Qarğıdalı – suda bişmişi


8. Bütün növ giləmeyvələr: çiyələkdən tutmuş böyürtkənə kimi – il ərzində iri meyvələrdənsə, pulunuzu giləmeyvələrə xərcləyin

 



9. Kətan toxumu və yağı


10.Batat adlı kartof növü


11.Sarıkök – çox güclü antisokdidantdır. Təmiz sarıkök tapın


12.Göbələklər – xüsusən yapon göbələyi


13.Yaşıl çay - əsl yaşıl çayın iri yarpaqlı növünü alıb özünüz dəmləyin


14.Qəhvə - günə 2 fincan yaxşı qəhvə şiş hüceyrələrinin aktivliyini azaldır


15.Limon – qabığı və tumları ilə


16.Balqabaq və tumları


17.Tam toxumdan un, çörək – yəni kobud undan çörək, qara çörək, çovdar və s


18.Paxlalılar – mərci, noxud, lobya – həftədə 2 dəfə salatlarda və şorbalarda yeyin


19.Qoz, fındıq, fıstıq, araxis


20.Dəniz yosunu – aptek və marketlərdə satılır. Biz demək olar almırıq. Yaponlar hər gün yeyir


21.Sitrus meyvələri – qreypfrut, portağal, avokado və s


22.Ədviyyatlar və dərman bitkiləri, ətirli otlar – darçın, istiot, kəklikotu, cirə, razyana, reyhan, rozmarin, yarpız, çobanyastığı və s. Bunlardan içkilərdə, çaylarda,yeməklərdə bol istifadə edin. Ya da saqqız kimi çeynəyin.


23.Zeytun, yarpağı, tumu və yağı – Ən yaxşı növ və təmizi


24.Qatıq, orqanik yoqurt, kefir – bağırsaqların mikroflorasını sağlamlaşdırır ki, bu da immuniteti möhkəmlədir, orqanizm şiş hüceyrələrini özü tapıb məhv edir


25.Tünd şokolad, kakao

 

Hər gün bu siyahıdakı ərzaqlardan azı 10-12-si menyunuzda olmalıdır. 

 

Onkologiyaya qarşı 25 effektli ərzağın SİYAHISI –  Hər gün yeyilməli antixərçəng qidalar
Onkologiyaya qarşı 25 effektli ərzağın SİYAHISI –  Hər gün yeyilməli antixərçəng qidalar
Onkologiyaya qarşı 25 effektli ərzağın SİYAHISI –  Hər gün yeyilməli antixərçəng qidalar
Onkologiyaya qarşı 25 effektli ərzağın SİYAHISI –  Hər gün yeyilməli antixərçəng qidalar