Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Onkologiyanın düşməni KİVİ – Bilmədiyiniz 10 faydası

  • 2020.02.17 20:29
  • 15534 Baxış
Onkologiyanın düşməni KİVİ –  Bilmədiyiniz 10 faydası

Kivi ekzotik meyvə olub, kartofa bənzəyir.
Vətəni Çin hesab olunur, amma çox Şərq ölkələrində yetişir.
Medicina.az kivinin orqanizmə bilmədiyini təsirini araşdırıb.

Bu giləmeyvə tərkibində askorbin turşusu olmağa görə meyvələr arasında rekord vurur. 1 ədəd meyvədə 90 qram C vitamini – yəni askorbin var.

Bundan başqa:

- Protein, lipid, mürəkkəb karbohidratlar, liflər, vitaminlər, minerallar, antioksidantlar, pektin, flavanoidlərlə zəngindir.

- İmmuniteti möhkəmləndirir – elə C vitamini bolluğuna görə belə təsir edir. Gündə 2 ədəd kivi yemək orqanizmin müdafiə gücünü artırır

- İnfeksiya və viruslardan qoruyur – hər gün bir ədəd kivini bir az balla qarışdırıb yemək öskürək, virus və qripdə kömək edir

- Onkoloji xəstəliklərin qarşısını alır- burda yenə də rolu askorbin turşusu oynayır ki, o təbii antioksindantdır, bədxassəli şişlərin qarşısını alır. Əgər kimdəsə artıq bu xəstəlik varsa, hər gün 3 ədəd kivi yeyə bilərlər.

- Ürək-damar sistemini qoruyur

Damarların divarlarında piy-lipid qalıqlar yığılır, qanla toksinlər düşür.
Müntəzəm olaraq kivi yemək damar divarını möhkəmlədir, elastikliyini artırır, xolesterin və lipidi parçalayır.

- Təzyiqi salır – ürəyə düşən yükü azaldır, təzyiqi salır

- Qan dövranını artırır – qırmızı qan hüceyrələrini çoxaldır, qanazlığı ilə mübarizə aparır, tromb əmələ gəlməsinə qarşıdır

- Böyrəklərdən duzu təmizləyir – Daş və qumu olanlara kivi çox məsləhətdir

- Həzm sistemini yaxşılaşdırır – qəbizliyi, həzm pozuntusu olanlar üçün lazımdır. Bağırsaqları şlak və toksinlərdən təmizləyir.