Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Onkologiyadan qorunmaq üçün sınanmış üsul - Həkimdən

  • 2022.08.22 14:18
  • 1631 Baxış
Onkologiyadan qorunmaq üçün sınanmış üsul  - Həkimdən


Orqanizmdə onkoloji proseslərin qarşısını almaq üçün bir neçə sınanmış metod var.


"Medicina" xəbər verir ki, onkoloq İlya Fominçev orqanizmdə xərçəng prosesini saxlamağın yolunu açıqlayıb.


"İnsan nə qədər tez, erkən yaşda siqaret, içki, zərərli vərdişləri tərgitsə, bədən çəkisini normallaşdırsa, bir o qədər xərçəng riski azalır.


Məsələn, siqaretdən imtina edəndə artıq birinci sutkada orqanizmdə müsbət funksiyalar mexanizmlər işə düşür. Təzyiq, damarlar, nəbz yaxşılaşır.


Piylənməsi, artıq çəkisi olan insanlarda 3 növ xərçəng ola bilir: bağırsaq, süd vəzi və yumurtalıq.

Əgər insan hər gün qırmızı ət yeyirsə, onkologiya riski çox yüksəkdir.

Rasion fərqli, zəngin, balanslı olmalıdır. 90% xərçəng xəstəliyi 60-75 yaş arası üzə çıxır.

Hazırda ən geniş yayılmış bağırsaq xərçəngi 45 yaşdan da ola bilər. Bağırsaqda poliplər varsa və onları vaxtında götürməsələr, xərçəngə çevrilə bilər."


Onkoloq bildirib ki, 15 il sonra 90% xərçəng xəstəliklərinin müalicəsi olacaq və biz ona adi infeksion xəstəliklər kimi baxacağıq.

Aygün Musayeva