Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Onkologiya Mərkəzinə 3D Mammoqrafiya cihazı gətirildi

  • 2023.02.15 15:46
  • 2664 Baxış
Onkologiya Mərkəzinə 3D Mammoqrafiya cihazı   gətirildi

Azərbaycan Milli Onkologiya Mərkəzində (MOM) rəqəmsal rentgen mammoqrafiyasının yeni növü olan tomosintez və ya “3D” mammoqrafiya müayinəsinə başlanılıb.

"Medicina" xəbər verir ki, tomosintez süd vəzi patologiyalarının diaqnostikasında ən mühüm nailiyyətlərdən biri sayılır. Tomosintez texnologiyası süd vəzisinin üçölçülü (3D) qat-qat (1 mm qalınlığında) skanını həyata keçirir.


Cihaz dilimlər arasında verilmiş məsafə ilə ardıcıl tomoqram seriyasını işə salır, rentgen şüaları isə müxtəlif bucaqlarda yerləşərək müayinənin maksimum dəqiqliyini və tamlığını təmin edir. Tomosintez aparatı müayinə prosedurunun xəstə üçün daha rahat və ağrısız həyata keçməsinə şərait yaradır.


Çoxsaylı araşdırmalar göstərir ki, “3D” mammoqrafiya süd vəzi xərçənginin aşkarlanmasını təxminən 25% artırır.