Azərbaycanın on milyonuncu vətəndaşının bu ilin martın ayının sonu, aprelin əvvəlində doğulacağını gözləyirik. Ümumilikdə, əhalinin təbii artım tempində azalma müşahidə edilir.
Medicina.az bildirir ki, Oxu.Az-ın sualını cavablandıran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun sözlərinə görə, əhalinin artım tempinin təhlili ilə bağlı müvafiq qurumlar bir araya gələcəklər:
"Ədliyyə, Səhiyyə nazirlikləri və Dövlət Miqrasiya Xidməti ilə birlikdə bu prosesləri izləyirik. Son bir neçə ildə doğum sayında azalmalar müşahidə edilir. Bunu bizim statistik məlumatlar da təsdiqləyir.
2009-cu ildə keçirilmiş əhalinin son siyahıya alınmasında Azərbaycanda ailənin orta tərkibi 4,7 təşkil edirdi. Bu il keçiriləcək əhalinin siyahıya alınmasında bu rəqəm daha dəqiq göstəriləcək”, - deyə Komitə rəhbəri bildirib.