İncəsənət və Ağıl üzrə Beynəlxalq Laboratoriya, Tətbiqi Neyroestetika Mərkəzi, Con Hopkins Universiteti Tibb Məktəbinin professoru Syuzan Maqseymen bildirir ki, bəzi fəaliyyətlər hətta hərbi qulluqçuların post-travmatik pozğunluqlardan daha sürətli qurtulmasına kömək edir. Eləcə də xərçəng xəstələrində art terapiyadan sonra sürətlənmiş sağalma effekti verir.
“Mediicna” xəbər verir ki, Maqseymenin tədqiqat sahəsi beynin bədii hadisələrə və əsərlərə reaksiyasını öyrənən neyroestetikadir.
Oxumaq - Azan siniri aktivləşdirir. Sinir sisteminin parasempatik bölməsini aktivləşdirərək sakitlik və nikbinlik hissi yaradır. Müəyyən edilmişdir ki, mahnı oxumaq beyində müxtəlif yaddaş əlaqələrini aktivləşdirdiyi üçün demans xəstələrinə sağalmağa yardım edir.
Pleylist yaradılması vacibdir. Xoşbəxt xatirələrlə əlaqəli mahnılar əhvalınızı yüksəldir və narahatlığı azaldır. Akustik vibrasiyalar stress vəziyyətlərində tıxanan siniri çıxarır və bədənimizdəki titrəmələri sözün əsl mənasında dəyişdirərək, emosional müalicə edir. .
Gil və ya plastilinlə işləmək hər iki əlin dəqiq, əlaqələndirilmiş hərəkətlər etdiyi yeganə sənət növüdür.
Tədqiqatlar göstərir ki, gildən bir şey formalaşdırmaq, sonra onu parçalamaq və hər şeyi yenidən başlamaq psixoloji cəhətdən faydalıdır. Həm də qeyd etmək lazımdır ki, gil ilə işləməkdən gələn toxunma hissləri pis əhval-ruhiyyəni, narahatlığı azaltmağa kömək edir, həmçinin serotonin istehsalına səbəb olan diqqəti cəmləmək imkanı verir.
Dərzilik, toxuculuqla və ya rəsm çəkməklə məşğul olmaq sosial əlaqələri gücləndirməyə, diqqəti saxlamağa, narahatlığı azaltmağa və stressi idarə etməyə kömək edir. Gündə ən azı yarım saatınızı rəngləməyə sərf etsəniz, beynin təfəkkürə cavabdeh olan dərin hissələrini stimullaşdıracaqsınız.
Sevimli qoxularınızdan həzz almaq bizə bütün duyğuların 75%-ni verir. Bəyəndiyiniz qoxu ilə isti vanna qəbul etmək beyinə müsbət təsir edən və eyni zamanda bədəni rahatladan xoş hisslər yaradır.
Muzeyə getmək və müxtəlif eksponatları seyr etmək bütün hisslərinizi işə salır, öyrənməni təşviq edən və yaddaşı gücləndirən güclü emosional reaksiyalar yaradır.
Günay Quluzadə