Dostlarla daha çox vaxt keçirmək ömrü uzadır.
Medicina.az xəbər
verir ki, dostlarla vaxt keçirmək səhhətimiz üçün xeyirdir. Bu qənaətə Oksford
Universitetinin araşdırmaçıları gəlib. Belə ki, rəfiqəsi ilə
həftədə iki dəfə görüşən qadınlar daha sağlam, immuniteti isə daha
möhkəm olur.
Tədqiqatın rəhbəri - həkim Dobin Danbarın qənaətinə əsasən
sosiallaşmaq hər iki cinsin həm fiziki, həm də emosional sağlamlığına
əhəmiyyətli təsir göstərir.
Xüsusilə dostlarla vaxtın səmərəli və əyləncəli keçirilməsi
faydalıdır. Bu zaman intim yaxınlıq və ya şokolad yedikdən sonra bədəndə
artan endorfin hormonları ifraz olunur.
Amma müasir dünyada dostlarla görüş təşkil etmək çətindir, hər 5 qadından yalnız 2-si həftədə 2 dəfə öz rəfiqəsini görür.