Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Ömrümüzün sonuna kimi koronavirusla yaşayacağıq" - Professor

  • 2021.08.19 10:12
  • 6147 Baxış
"Ömrümüzün sonuna kimi koronavirusla yaşayacağıq" -  Professor
"Ömrümüzün sonuna kimi koronavirusla bir yerdə yaşayacağıq".

Medicina.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Mübariz Əliyev deyib.

Onun sözlərinə görə, virusun hər dəfə yeni ştammı yaranacaq:

"Əsas odur ki, ağır xəstələrin sayı azalır. Yoluxma sayı qalxır, enir, proqnoz vermək olmur, koronavirusla yaşamağı bacarmalıyıq. Bu sezon xəstəliyidir. Birdəfəlik hamı peyvənd olunmalıdır. Peyvənd olunmaq o demək deyil ki, insanlar bu virusa yoluxmayacaq. Peyvənd olunmaq o deməkdir ki, yoluxacaqsan, amma xəstəliyi yüngül keçirəcən. Sadəcə panikaya düşmək lazım deyil”.

Mübariz Əliyev tövsiyyə edib ki, insanlar virusu yaddan çıxartsın:

"İnsanlar həyatını yaşasın, koronavirusu yaddan çıxartsın”.