Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ömrü uzatmaq üçün nə qədər meyvə-tərəvəz yeməliyik?

  • 2022.09.13 16:46
  • 2567 Baxış
Ömrü uzatmaq üçün nə qədər meyvə-tərəvəz yeməliyik?
Bütün həkimlər sağlamlıq üçün meyvə-tərəvəz yeməli olduğumuzu deyir.

Bəs gündə, ayda nə qədər meyvə-tərəvəz yemək lazımdır?

"Medicina" xəbər verir ki, yapon alimləri ömrü uzatmaq üçün ideal miqdarı açıqlayıb.

Belə ki, Milli Onkoloji Mərkəzinin apardığı araşdırma nəticəsində gündə 300 qram meyvə-tərəvəz yeyən yaponların daha uzun ömür sürdüyü müəyyənləşib.

Tədqiqat 1990-cı illərdən başlayıb, o vaxt iştirkaçıların 40 yaşları var idi.

2022-ci ilə qədər onların 24 mini vəfat etmişdi.

Müqayisələr göstərib ki, gündə 300 qram tərəvəz və 150 qram meyvə yeyənlərdə erkən ölüm riski 9 % aşağı olur.


Eləcə də bu insanlarda ürək-damar xəstəlikləri 13% az olur.


Ona görə alimlər gündə ən azı 180 qram meyvə, 200-250 qram tərəvəz yeməyi tövsiyə edir.


Aygün Musayeva