Nutrisioloq həkimlər, insan ömrünü uzadan 4 qidanı açıqlayıb.
Medicina.az xəbər verir ki, həkim Holli Zokkolan ilk növbədə yüksək şəkər tərkibli qida və içkilərdən, şirniyyatlardan uzaq durmağı tövsiyə edib.Qocalmaq və xəstələnmək istəməyənlər, rafinə olunmuş bitki yağlarını da qidadan çıxarsın.
Uzun ömür üçün təmiz zeytun yağı, kokos, balıq, avokado, qoz, badam, tumlar yemək lazımdır.
Xüsusən qış ayında bu qidalar çox yeyilməli, gündə 2 litr su içilməli, çatışmayan vitaminləri qəbul etmək lazımdır.