Uzun ömürlülük üçün gündəlik rasionda yarmalar olmalıdır
Bakupost.az xəbər verir ki, həkim dermatoveneroloq Yuliya Andreevna ömrü uzadan ərzaqları açıqlayıb.
Onun sözlərinə görə, hər gün yarmalardan qəbul etmək orqanizmin təmizlənməsinə kömək edir.
Bundan əlavə yarma ilə yanaşı boşqaba meyvə, göyərti, giləmeyvələr əlavə etmək lazımdır:
"Ömrü uzadan qidalar: süd məhsulları - kefir, qatıq, süzmə, kəsmik, balıq və toyuqdur. Eləcə də əsas yeməklərdən biri mütləq yarmalardan olmalıdır.
Orqanizm üçün yod mənbəyi dəniz məhsulları, dəniz kələmidir. Endorfin mənbəyi isə acı şokoladdır".