Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Omikronun yüngül gedişatlı olması sübut olunmadı - Məşhur həkim

  • 2022.02.23 17:03
  • 1741 Baxış
Omikronun yüngül gedişatlı olması sübut olunmadı -  Məşhur həkim
Rusıyanın tanınmış həkimi, aparıcı Aleksandr Myasnikov Omikronun Rusiyada yüngül gedişli olmasını təsdiqləməyi

Medicina.az xəbər verir ki, o, Rossiya 1 kanalına açıqlamasında Omikronun çox yüngül olması barədə miflərə aydınlıq gətirib.

Həkimin sözlərinə görə, Omikronun yüngül gedişatı yalnız yüksək inkişaf etmiş dövlətlərdə və əhalisinin 80%-i kovid peyvənd olunmuş ölkələrdə qeyd olunub.

“Omikron heç də hər ölkə üçün təhlükəsiz zəif deyil. Bizdə vaksinasiya çox aşağıdır, əhalisinin 50%-i peyvənd olunan istənilən dövlət üçün Omikron elə Kovidin digər əvvəlki ştamları kimi təhlükəlidir.

Omikron zamanı da saturasiyanın ciddi enməsi, günlərlə hərarət, sinir sistemi, beyin zədələnməsi olur.

Xəstələrdə qəfildən kəskin susuzlaşma, başgicəllənmə, zehnin dumanlanması baş verir. Bu kimi hallarda təcili həkimə müraciət etmək lazımdır.


MEDİCİNA.AZ