Omikronun yarımvariantı və 3-cü törəməsi olan BA.2 versiyası öz sələfindən 3 dəfə daha yoluxucudur.
Medicina.az xəbər verir ki, onun ağır infeksiya törədib öldürücü olması barədə dəqiq informasiya yoxdur.
Daniya alimləri sübut edib ki, bu variantla yoluxmaq klassik Omikrondan 33 dəfə daha çoxdur. Omikronun birinci vairantı BA.1 2021-ci ilin noyabrında yaranıb və ildırım sürətilə yayılıb. BA.1 artıq yoluxanların 98%-də var idi.
Digər alt variant BA.2 isə yanvarda meydana gəlib, artıq Avropa, Hindistan, Amerikada yayılır. BA.2-nin 32 mutasiyası var, alimlər hələ də virusun genomunda belə dəyişikliyə nəyin səbəb olduğunu dəqiq bilmir.
BA.2 gözəgörünməzdir, 2 həftə ərzində artıq klassik Omikronu sıxışdırıb.
Daniya alimləri Omikrona yoluxmuş ailələrdə həm BA.1 həm də BA.2-ə yoluxanların olduğunu aşkarlayıb.
BA.2 üçün yoluxma sürəti 39%-dir.
Alim Frederik Plesner bildirib ki, əgər ailədə bir nəfər BA.2-ə yoluxubsa, qalanlarının yoluxma ehtimalı 40%-dir.
O ki qaldı, vaksinasiyaya, BA.2 hətta 2-3 doza peyvənd olunanlara da keçə bilir. Bu ştamm xarici amillərə daha dözümlüdür.
Yapon alimlərinin sözlərinə görə,yaxın günlərdə BA.2 daha dominant olacaq.