Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Omikronun BA5 variantına hər ay yoluxa bilərsiz - Epidemioloq

  • 2022.08.26 16:30
  • 2537 Baxış
Omikronun BA5 variantına hər ay yoluxa bilərsiz  - Epidemioloq


Hazırda Omikronun dominant variantı olan BA.5 insanları təkrar-təkrar yoluxdura bilər.

"Medicina" xəbər verir ki, hətta bu virusa hər ay da tutulmaq olar.


Mütəxəssislərin fikrincə,pasiyent sağaldıqdan 4 həftə sonra yenidən yoluxub.

Ən təhlükəlisi odur ki, bu varian ən yoluxdurucu ola bilər.

"Bİz BA.2 ştammına yoluxub, sağalıb, bir neçə həftə sonra təkrar yoluxanlar müşahidə edirik.


4-5 həftədən sonra ikinci infeksiya olur, bu çox güman ki, BA4 və BA5-dir- deyə epidemioloq İvan Baytyakov deyib.

BA5 və BA4 təkrar-təkrar uşaqları da, böyükləri də yoluxdura bilər. Hər şey insanların immunitetindən asılıdır.

Hazırkı variantın əsas əlamətləri:


- Yorğunluq
- Baş ağrısı
- Boğaz ağrısı

- Titrəmə
- Qızdırma
- Burun tutulması

- Diareya
- Mədə bağırsaq pozulması
- Əzələ ağrısı
- Tənəffüsün pisləşməsi

Aygün Musayeva