Türkiyəli professor Alper Şener qeyd edib ki, Omirkronun BA.2 variantı ştamın digər variantlarına nisbətən daha tez yayılır və PCR testləri ilə aşkarlana bilir. Bu variant xəstəxanaya yerləşdirmə və ölüm hallarının artmasına səbəb olmur.
Medicina.az xəbər verir ki, professor Hindistan və Danimarkadakı son COVID-19 yoluxmalarının əksəriyyətini təşkil edən Omicron BA.2 variantı haqqında fikirlərini bölüşüb.
"Omikron BA.2 adlı variant 7-8 aydır məlumdur. Bu variantın dominant olması yenidir. Biz alimlər onun Danimarka və Hindistandakı gedişatı ilə xüsusilə maraqlanırıq. Niyə? Çünki hamımızın bildiyi kimi, Omikron variantı çox yayılmış və yoluxucudur”.
Ekspert qeyd edib ki, bu variant daxil olduğu ölkələrdə Delta və Delta Plus variantlarını tez bir zamanda aradan qaldırdı: “Omikron BA.2 dediyimiz sub-variant hətta Omikron BA.1 variantını da sıxışdırmaq iqtidarındadır. Xüsusilə, Danimarkada görünür ki, Omikronun standart variantı son həftədə, təxminən 10 gün ərzində yoxa çıxıb."
“Bütün Omikron variantlarına baxdığımızda, bu variantın daha ağır klinik mənzərə və ölümə səbəb olduğuna dair heç bir məlumatımız yoxdur… Həm virusun mövsümi xarakter alması, təhlükənin aradan qalxması kimi başa düşülməməlidir. BA.2 variantı dominant olmağa davam edəcək”, – deyə professor əlavə edib.