“Yeni növ koronavirusun “omikron” ştamı ilə bağlı gərginlik üç ay davam edəcək”.
Medicina.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının xüsusi elçisi Devid Nabarro açıqlamasında deyib.
O bildirib ki, “omikron”dan sonra başqa variantlar da ortaya çıxa bilər:
“Ciddi məhdudiyyətlər tətbiq etmək heç bir ölkədə məqsədəuyğun deyil. Amma bundan sonraki çətinliklər cəmi üç ay davam edəcək”.