Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Omikrondan sonra xəstələrdə bronxit və haymorit yaranır- Həkimlər

  • 2022.02.15 14:19
  • 1555 Baxış
Omikrondan sonra xəstələrdə bronxit və haymorit yaranır - Həkimlər

Deltaya nisbətən yüngül keçdiyi deyilən Omikronun da orqanizmdə fəsadları az deyil.

Yuxarı tənəffüs yollarını var gücü ilə zəbt edən Omikron 7 günlük xəstəlik müddətindən sonra xəstələrdə burun, alın hissədə iltihab, haymorit, sinusit, boğazda iltihab və yuxarı bronxlarda problemlər baş qaldırır.


Medicina.az xəbər verir ki, həkimlər Omikrondan sonra da postkovid ola biləcəyini deyir. Əgər əvvəlki ştamlardan sonra qalıq fəsadlar yaranırdısa, Omikronda da baş verir.


“Hələ ki, Omikron dalğasının pikinə doğru gedirik. Omikrondan sonrakı postkovidi bir ay sonra dəqiq görəcəyik. Amma xəstələrdə burun tutulma, baş ağrıları, haymorit, boğazda selikli qişanın zədələnməsi, bronxit və buna bağlı öskürək şikayətləri qalır. Bu da ayrıca müalicə tələb edir- deyə pulmonoloq Aleksey Krivonov deyib.

Bu şikayətlər koviddən sonra 4-10 həftə qala bilər.

Yaşlı və xroniki xəstələrdə yorğunluq, zəiflik, nevroloji problemlər, koqnitiv beyin pozulmaları, yuxusuzluq və əsəb gərginliyi ola bilir. Hətta Omikronu çox yüngül keçirənlərdə belə belə simptomlar rast gəlinir.


Hələ ki, elm və tibdə bunun dəqiq izahı yoxdur, artıq xəstəliklər təsnifatında postkovid adlı xəstəlik qeyd olunub və həkimlər bunu qəbul edib xəstəni müalicə etməlidir.